Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin xalqa dövlət qayğısı və xalqın rifah halının yüksəldilməsi
məqsədilə apardığı siyasət nəticəsində iri şəhər və qəsəbələrlə yanaşı,
rayonlarda da gözəçarpacaq dərəcədə xeyli abadlıq işləri görülür. Otuz beş min nəfər əhalinin yaşadığı 18
yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun
tikinti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində
aparılan yol-abadlıq işləri buna bariz nümunədir.
Yolun çəkilmə xəbərini eşidən qəsəbə sakinlərinin böyükdür. Çünkü
indiyə qədər yolları bərbad vəziyyətdə olduğundan qəsəbəyə marşrut işləmirdi. Əsas
məşğuliyyəti əkinçilik və maldarlıq olan qəsəbə sakinləri öz məhsullarını
bazara vaxtında çıxara bilmirdilər. Yollar çəkildikdən sonra isə sakinlər bu
kimi problemlərlə rastlaşmayacaqlar.
Goranboy- Yuxarı
Ağcakənd yolunun abadlaşdırılması yerli sakinlərin gedib-gəlişini
rahatlaşdırmqla yanaşı, yayda buraya
gələn turistlərin də sayının artmasına səbəb olacaq.
Qəsəbə
sakinləri onlara göstərilən diqqət və qayğıya görə başda Cənab Prezidentimiz
İlham Əliyev olmaqla, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar
Usubova öz dərin minnətdarlıqlarını bildirirlər.
Cahid
ƏLƏKBƏROV,
Bölgə
müxbiri